Tanınmış naşirin evi yandı: Dəstək kampaniyası başladı – FOTO

XƏBƏR XƏTTİ
Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyev (Müşfiq Xan) bədbəxt hadisə ilə üzləşib.

Məcra.az xəbər verir ki, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.

Elektrik naqillərindəki qısaqapanma nəticəsində ikimərtəbəli evin mansard hissəsində yanğın başlayıb. Qısa müddətdə alov bütün evi bürüyüb.

Həmin vaxt Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Xoşbəxtlikdən vaxtında müdaxilə edərək ailəsini evdən çıxara bilib, heç biri xəsarət almayıb. Amma ev bütün əşyaları ilə birgə külə dönüb. 

“Mücrü” nəşriyyatının anbarı da evdə yerləşib. Yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub. Bununla da nəşriyyata külli miqdarda ziyan dəyib. Bu səbəbdən yaxınları, yazar dostları Müşfiq Xana dəstək məqsədilə kampaniya başladıblar.

Qeyd edək ki, bu, naşirin başına gələn ikinci oxşar hadisədir. Belə ki, bu ilin yayında da “Mücrü” nəşriyyatının anbarı yanmışdı.

 










Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt