İtkin əsgər, daha qızın böyüyüb” – Zülfüqar Rüfətoğlunun şeiri

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

Xəbər verdiyimiz kimi jurnalist, şair Zülfüqar Rüfətoğlu dünən vəfat edib. Məcra.az şairin məşhur “İtkin əsgər” şeirini təqdim edir:

İtkin əsgər İtkin əsgər, ölməmisən, bilirəm,

Sən eləcə son döyüşə getmisən,

Biz bilməyən nəsə bir sirr bilmisən,

Sən o sirri saxlamaqçün itmisən.

 

Biz burada qocalmışıq hamımız,

Sənsə bütün yuxularda cavansan.

Bacıların, qardaşların gözləyir,

Sən onlara ümid boyda gümansan.

 

İtkin əsgər, daha qızın böyüyüb,

Xəbərin yox, indi daha babasan,

Nə məzarın, nə ünvanın bilinir,

Sən Vətənsən, sən ocaqsan, obasan.

 

İtkin əsgər son döyüşə getmisən,

İrəlidə hələ neçə döyüş var.

O şəkildən niyə elə baxırsan?

Bilirsən ki, irəlidə görüş var…

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt