“Tanrının öz fikri var…” – Gülbala Teymurun qəzəli

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

Məcra.az tanınmış şair Gülbala Teymurun yeni qəzəlini təqdim edir:  

Bağlıdır bir birinə günlər görünməz bağ ilə,

Yol gedir, hər bir ağıllı bir səfeh, axmağ ilə.

 

Bir tərəfən bəxş edəndə bir tərəfdən verməyir,

Tanrının öz fikri var, vermək ilə, almağ ilə.

 

Həm gələn var, həm gedən var, fırlanır dünya evi,

Sirr deyil, kökdən sınan var, bir də var yarpağ ilə.

 

Kəm-kəsirli bir kədərdi əhli-halın qisməti,

Xoş günü misqal qədərdi, dərdi nisbət dağ ilə.

 

Aqil insanlardan ol, fikr eyləmə, ey Gülbala,

Gül, danış, dünyanı aldat, gün keçirt lağ-lağ ilə.

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt