Türk dövlətləri qlobal miqyasda potensialını nəzərə alınmaqla qarşısına daha iddialı məqsədlər qoyub. Dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədləri şəffafdır, regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu olduğunu bütün dünyaya isbatlaya bilir.
Hamımıza yaxşı məlumdur ki, Türk Dövlətləri Təşkilatının yaradılmasında və təşkilatlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsizdir. Bu fəaliyyət bu gün də uğurla davam etdirilir.
Dövlətimizin rəhbərinin Təşkilatın Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfər etməsi bunun aydın ifadəsidir.
Biz çox fərəhli görüntülərin şahidi olduq. İftixar hissi keçirdik ki, bizim qəhrəman dsərkərdəmiz İlham Əliyev türkdilli xalqların istəklisidir və insanlar ona böyük hörmət və dərin ehtiramla yanaşır, türk xalqlarının gələcək taleyi üçün rəhbərimizə böyük ümid bəsləyirlər.
Azərbaycan Prezidentinin Çingiz Aytmatovun ocağına dəvət olunması və ordenin həmin məkanda təqdim edilməsi rəmzi məna daşıyır və qardaşlığın, dostluğun sarsılmaz olduğunu göstərir. Bu həm də Azərbaycanın böyük yazıçıya göstərdiyi qayğıdan irəli gəlir. Belə ki, cənab İlham Əliyevin bildirdiyi kimi Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə hörmətlə yanaşırdılar. Bu hörmət və ehtiramın nəticəsidir ki, Azərbaycanın ilk “Dostluq” ordeni məhz Çingiz Aytmatova təqdim edilmiş, Bakıda dünya şöhrətli yazıçının abidəsi ucaldılmışdır. Prezidentimizin “Çingiz Aytmatov” ordeni ilə təltif olunması bunun əyani nümunəsidir və qırğız xalqının ölkəmizin rəhbərinə sonsuz məhəbbətindən qaynaqlanır.
Azərbaycan-Qırğız dövlətlərinin birliyi, əməkdaşlığı, qarşılıqlı sağlam münasibətləri sözsüz ki, ölkələrin inkişafına, xalqların xoşbəxtliyinə, əlbəttə Türk dünyasının möhkəmlənməsinə, milli maraqların və təhlükəsizliyin təmin edilməsinə hesablanıbdır. Qırğız Respublikasına bu dəfəki səfər də bu baxımdan xarakterikdir və əlaqələrimizin genişləndirilməsi baxımından faydalıdır.
Cənab İlham Əliyev Bişkek samminində dərin məzmunlu nitqi ilə yadda qaldı. Prezident qeyd etdi ki, “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür”.
Ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
Abdul Rzayev,
Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin müəllimi