Cəlilabadda toy maşını qəzaya düşdü: Sürücü öldü – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Cəlilabadda toy maşınının qəzaya uğraması nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.

Məcra.az xəbər verir ki, 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, bəy maşını olan “BMW” markalı minik avtomobili “VAZ-21015” markalı minik avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-21015″in sərnişini, ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev maşında sıxılı vəziyyətdə qalıb. O, FHN-in Cəlilabad Rayon Hissəsinin xilasediciləri tərəfindən xilas edilərək, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

17:35

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Məcra.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, bəy maşını olan “BMW” markalı minik avtomobili “VAZ 21015” markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (Report).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt