Cəlilabadda şəhid bulağının açılışı oldu – FOTO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

 

Cəlilabadda şəhid Məhərrəm Hüseynovun adı verilən bulağın açılışı olub

Cəlilabad rayonunun Fərəcullalı kəndində 2023-cü ilin sentyabrında baş tutan lokal antiterror tədbirləri zamanı şəhid olan Məhərrəm Hüseynovun adı verilən bulağın açılışı olub.

Məcra.az xəbər verir ki, mərasimdə şəhidin doğmaları, rəsmi şəxslər, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Daha sonra bulağın açılışı baş tutub.

Qeyd edək ki, Hüseynov Məhərrəm Ələşrəf oğlu 1983-cü ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olub. O, orta təhsilini Fərəcullalı kənd orta məktəbində alıb. M.Hüseynov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

O, Azərbaycan Ordusu tərəfindən 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Harov kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqlənən Məhərrəm Hüseynov Prezident İlham Əliyevin sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilib (REPORT).

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt