Namiq Mənanın restoranında dava saldı: Həbs EDİLDİ

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında insident baş verib.

Məcra.az xəbər verir ki, restoranda müştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) dava-dalaş salıb.

O, restoranın qab-qacaqlarını sındırıb, ünvansız söyüşlər işlədərək iaşə obyektinin iş rejimini pozub. Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərib.

Daha sonra saxlanılan şəxs polis şöbəsinə aparılıb və barəsində inzibati xətaya dair protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə İ.Həsənova 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hadisənin baş verdiyi restoran tanınmış meyxanaçı Namiq Mənaya məxsusdur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt