“London Pub”da da saxta içki satılırmış – FOTO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Məcra.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl daha bir neçə obyektdə də satışda spirtli içkilər aşkarlanmışdı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt