Sumqayıtda zavodda zəhərlənən 53 nəfərlə bağlı cinayət işi açıldı-Rəsmi

XƏBƏR XƏTTİ
Ronaldo niyə millini tərk etdi? – “Vaxtı gələndə izah edəcəyəm”•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Azərbaycanda toyda kütləvi zəhərlənmə•İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var•“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi…” – ŞOK•Minlərlə sərnişini daşıyan “manatlıq taksi”lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO•Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək•Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı•Ronaldo niyə millini tərk etdi? – “Vaxtı gələndə izah edəcəyəm”•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Azərbaycanda toyda kütləvi zəhərlənmə•İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var•“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi…” – ŞOK•Minlərlə sərnişini daşıyan “manatlıq taksi”lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO•Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək•Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı•

İyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Məcra.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına iyulun 10-u saat 17:10 radələrindən başlayaraq 53 nəfər (48-i kişi cinsli, 5-i qadın cinsli olmaqla) müraciət edib.

Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, hamısı ambulator müalicə üçün evə buraxılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt