Lənkəranda şəhid atası qəzaya düşdü

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində olub.

Belə ki, rayonun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəzada ağır xəsarət alan sürücü və sərnişin qismində olan həmkəndliləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti daha ağır olan 77 yaşlı Şakir Əliağa oğlu Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan Ş.Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt