Cəlilabadda dilənçilər “at oynadır”-ŞİKAYƏT

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•
Cəlilabad rayonunun Göytəpə şəhərində qaraçılar “at oynadır”.
Bunu Bakupost.az -a Göytəpə şəhər sakini, jurnalist Murad Hüseynov bildirib.
 
Onun sözlərinə görə, əsasən, Yevlax rayonundan gələn qaraçıların əlindən küçələrə çıxmağın mümkün deyil:
“Marketlər, piyada keçidləri, körpü və bazarların qarşısını dilənçilər zəbt ediblər. Onların azyaşlı övladları isə avtomobil yolunun hərəkət hissəsinə keçərək, özlərini təhlükəyə atır və sürücülərdən pul tələb edirlər. Yerli əhali onların əlində bezib”.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Göytəpə şəhər icra nümayəndəsi Elnur Əmirov Bakupost.az -a bu barədə məlumatlı olduğunu bildirib. O, bu məsələylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirib:
“Bu şəxslər Göytəpə qəsəbəsində mənzil kirayəliyərək dilinçilik fəaliyyəti ilə məşğul olurlar. Biz məsələdən xəbərdarıq və ərizəylə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, avara və dilənçiliklə məşğul olan şəxslər barəsində mütəmadi şəkildə qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir:
“Təkcə cari ilin ötən dövrü ərzində Cəlilabad rayonu ərazisində bununla bağlı 700-ə nəfərə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir”.
Qeyd edək ki, Yevlaxdan gələn bu şəxslər nəinki Göytəpə şəhərində, Cəlilabad rayonunda və kəndlərində də dilənçilik fəaliyyəti ilə məşğul olurlar.
Vasif Əlihüseyn
BakuPost
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt