“Təmiz dünya” yeni layihəyə başlayır:”Öz çətirini yarat”

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024- cü il qrant müsabiqəsinin nəticələrinə görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Öz çətirini yarat!” – insan alveri və potensial insan alveri qurbanları üçün iqtisadi imkanlara çıxışın təminini təlimlərinə başlayır.
Layihə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 11.2.2 ; 11.2.3; 11.2.4 maddələrinin, o cümlədən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.5. və 4.4.5. yarımbəndinin icrasına dəstək məqsədi daşıyır.
Layihənin məqsədi insan alveri və potensial insan alveri qurbanlarının sığınacaqdan sonra reinteqrasiya prosesində, təkrar həssas vəziyyətə düşməməsi üçün onların iqtisadi imkanlara çıxışına dəstəkdir.
Layihə üzrə
3 ay müddətinə davam etməklə, dərzilik, tətbiqi incəsənət işləri olan bəzək əşyalarının hazırlanması, məişət xidmətlərinə aid edilən saç və dırnaq ustalığı üzrə təlimlər vasitəsilə peşələrin öyrədilməsi nəzərdə tutulur. Hər kurs üzrə 12 təlim keçiriləcək. Hər kursda 10 nəfər iştirak etməklə, ümumilikdə layihə 30 nəfəri əhatə edəcək.
Layihənin büdcəsi 13.000 manatdır.
Layihə üzrə məlumat insan alveri ilə mübazriə üzrə Milli Koordinatora və DİN-nin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinə təqdim edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt