Qaxda mağaza sahibinin pulu oğurlandı – Müştəri saxlanıldı

XƏBƏR XƏTTİ
Cəlilabad İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi – FOTOLAR•Onuncu icra başçısı hakim qarşısına çıxır – Yenilənir•42 yaşlı rəis qəfil vəfat etdi – FOTO•Hava ilə bağlı xəbərdarlıq•Vilyam Hacıyev azadlığa buraxıldı•Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı•Sabah hava necə keçəcək?•“Peşəkar təhlil gözləyirəm…”•Cəlilabad İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi – FOTOLAR•Onuncu icra başçısı hakim qarşısına çıxır – Yenilənir•42 yaşlı rəis qəfil vəfat etdi – FOTO•Hava ilə bağlı xəbərdarlıq•Vilyam Hacıyev azadlığa buraxıldı•Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı•Sabah hava necə keçəcək?•“Peşəkar təhlil gözləyirəm…”•

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Belə ki, obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 53 yaşlı Azər Əliyev saxlanılıb.

O, əldə etdiyi maddi vəsaitin bir hissəsini xərclədiyini bildirib. Pulun qalan hissəsi və sənədlər isə saxlanılan şəxsdən aşkarlanıb.

Qeyd edək ki, A.Əliyev əvvəllər də soyğunçuluq, oğurluq və digər cinayətlərə görə dəfələrlə məhkum edilib. Sonuncu dəfə isə bir müddət əvvəl paytaxtda törətdiyi analoji əmələ görə axtarışda olub.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt