Başlıbel faciəsindən 31 il ötür

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Məcra.az xəbər verir ki, 1993-cü ilin aprelin 18-də Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür.

Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.

Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.

Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib. “Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt