Biləsuvarda keçmiş müdir direktoru təhqir etdiyi üçün cərimələndi

XƏBƏR XƏTTİ
Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün saxlanılıb. 

Məcra.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 18 dekabr 2023-cü ildə Məmmədtağı Əhmədovun əmri ilə anbar müdiri Zaur Kərimov (ad şərti) məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılıb.

O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən çıxarılma səbəbinin açıqlanması ilə bağlı müraciət etsə də, direktor onunla görüşməkdən imtina edib.

Sabiq müdir 8 aprel 2024-cü il tarixdə spirtli içki qəbul edib və yenidən direktorla görüşmək məqsədilə xəstəxananın inzibati binasına yollanıb. Lakin direktor yenə də onunla görüşməkdən imtina edib. Buna görə də əsəbiləşərək hay-küy salmağa başlayıb və ünvansız nalayiq ifadələr işlədib.

Direktorun şikayəti əsasında sabiq müdir saxlanılıb. 34 yaşlı Zaur Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Zaur Kərimov sözügedən maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 70 manat məbləğində cərimə edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt