Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Bu siasi təşkilat Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları birləşdirən partiyadır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
YAP-ın yaradılması böyük cəsarət və qəhrəmanlıq tələb edən addım idi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı.
Müstəqilliyin ilk illərində ölkə daxilində gedən xoşagəlməz proseslər və siyasi çəkişmələr böhranı daha da dərin etmişdir. Faciələrə səbəb olmuş siyasi səriştəsizlik ölkədə hakimiyyətsizliyə gətirib çıxartmış, xaos və böhrana şərait yaratməşdı. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. O vaxt 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, keçmiş Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı.
YAP-ın son qurultayında partiyanın Sədri cənab İlham Əliyev deyib: “YAP-ın bu günümüz üçün zəruri olan uğuru, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-Ulu öndər Heydər Əliyevə tutdu”.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı, dağıdıcı proseslərin qarşısı alındı. Gücünü ümummilli liderimizin ideyalarından, xalqın dəstəyindən alan YAP bu sahədə misilsiz rol oynadı. Prezident İlham Əliyevin Sədri olduğu partiya Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atdı, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımladı. Prezidentimizin vurğuladığı kimi, bu gün YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bununla fəxr etməyə dəyər.
Nəbi İsgəndərov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Cəlilabad rayon Komitəsinin sədri