Bu gün Baş nazirin təyinatı məsələsinə baxılacaq

XƏBƏR XƏTTİ
Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•

Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt