Vüqar Qurbanov hadisə yerində – Yenilənib

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı ​Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Bildirilib ki, zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır: “TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək”.

***

Hadisə ilə bağlı TƏBİB daha bir məlumat yayıb.

Bildirilib ki, Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-yə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb:

“Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir.

1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir”.

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt