Bir neçə gün sonra yeni ilə qədəm qoyuruq. Həmişəki kimi geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı…
“Qafqazinfo” 2023-cü ildə Azərbaycanın sosial-mədəni, eyni zamanda ictimai-siyasi sahəsində yaşanan itkiləri təqdim edir:
Yanvarın 22-də Əməkdar artist Tünzalə Əliyeva
Fevralın 5-də müğənni Zeynəb Dostəliyeva
Fevralın 21-də Xalq artisti Ramiz Novruz
Fevralın 23-də Əməkdar rəssam Ağasaleh Nuriyev
Martın 2-də tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli
Martın 7-də Əməkdar artist Yasəf Eyvazov
Martın 22-də Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev
Aprelin 9-da Xalq artisti İrana Tağızadə
Aprelin 9-da Xalq artisti Azər Paşa Nemətov
Aprelin 29-da Xalq artisti Aftandil İsrafilov
Mayın 23-də Əməkdar müəllim Ənvər Vəliyev
Mayın 29-da Əməkdar artist Elxan Qasımov
İyulun 14-də deputat Madər Musayev
İyulun 20-də tanınmış aparıcı Natəvan Babayeva
İyulun 31-də sabiq Baş nazir Surət Hüseynov
Avqustun 1-də Əməkdar incəsənət xadimi Cəmil Fərəcov
Avqustun 25-də futbolçu Şəhriyar Rəhimov
Sentyabrın 1-də Əməkdar artist Aliyə Ramazanova
Sentyabrın 28-də millət vəkili Qənirə Paşayeva
Oktyabrın 2-də Əməkdar mədəniyyət işçisi Fərhad Babayev
Oktyabrın 3-də SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə
Noyabrın 12-də qarmon ifaçısı Hüseynəli Həsənov (Hüseyn Bakılı)
Noyabrın 18-də Xalq rəssamı Akif Əsgərov
Dekabrın 8-də Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev
Dekabrın 14-də Xalq artisti Ramiz Məlik
Hazırladı: Hüseyn Məmmədsalahov