Hacıqabulda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralanan var…

XƏBƏR XƏTTİ
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Qurumdan Məcra.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “ГАЗель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

İki nəfər Laçın rayon sakini – 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt