Sabah qar yağacaq

XƏBƏR XƏTTİ
Bakının bu ərazisində söküntüyə hazırlıq gedir – Kompensasiyaya dair açıqlama – VİDEO•Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir – VİDEO•Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq – VİDEO•“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Bakının bu ərazisində söküntüyə hazırlıq gedir – Kompensasiyaya dair açıqlama – VİDEO•Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir – VİDEO•Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq – VİDEO•“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•

Dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt