Vətən müharibəsi iştirakçısı bacısını QƏTLƏ YETİRDİ

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Xəbər verdiyimiz kimi, Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır.

WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.

Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib. Gənc qızı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt