DİN-dən vətəndaşlara SMS xəbərdarlığı

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

“Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk”.

 Məcra.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən vətəndaşlara göndərilən xəbərdarlıq mesajında bildirilib.

Vətəndaşlara bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.

Elektron Təhlükəsizlik Xidmətindən də “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq sosial media hesabları və media vasitəsilə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir: “Belə ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir. Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir”.

“Həmçinin, hər hansı qurum adından bu cür mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla dəqiqləşdirmək tövsiyə olunur”, – deyə bildirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt