Parlamentdə deputatlar arasında gərginlik

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

“​Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında bildirib.

“Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım bizim Sosial Müdafiə Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik, bir neçə deputat nazirliyin rəhbərliyi ilə görüşək, bəzi məsələləri aydınlaşdıraq ki, mətbuata daşımayaq. 2 ay ərzində 48 məktub almışam, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var” ,- deyə deputat vurğulayıb.

Spiker Sahibə Qafarova deputata belə cavab verib: “Yadımdadır ki, sizin komitələr dinləmələr keçirib. Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin əməkdaşları da müxtəlif məsələlərlə bağlı müzakirələrdə iştirak ediblər, fəal olublar”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə əlavə edib ki, bu məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub: “Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü, bilmirəm siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt