Ana və oğlu niyə bıçaqlanıb? – Təfərrüat

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

Daxili İşlər Nazirliyi Samuxdakı bıçaqlanma ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Adalet.az-a açıqlamasında bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası  A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən  kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir
*** 19:41

Samuxda dörd nəfər bıçaqlanıb.

Adalet.az xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Belə ki, 43 yaşlı Aynur Nəbiyeva və onun övladı 22 yaşlı Ayxan Nəbiyev  bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlar dərhal əməliyyat ediliblər.Hadisəni törədən şəxs özünə də xəsarət yetirib. Çobamabdallı kəndində qonuşlar arasında düşən dava zamanı digər xəsarət alanlar 1960-cı il təvəllüdlü Həsənov Xaliq Zaman oğlu və 1982-ci il təvəllüdlü Quliyev Fədail Vaqif oğludur. İlkin məlumata görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəminində baş verib.

Hadisəni törədən 1982-ci il təvəllüdlü Quliyev Fədail Vaqif oğludur.Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt