Rasim Məmmədovla Əvəz Zeynallı üzləşdi

XƏBƏR XƏTTİ
Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov şahid qismində ifadə verib.

R.Məmmədov deyib ki, ailəsinin Ə.Zeynallıya çatdırması üçün vəkil Elçin Sadıqova 20 min manat verməsindən xəbəri olmayıb. O, Ə.Zeynallıdan çox pisliklər gördüyünü deyib: “Əvəz məni tanımaya-tanımaya ən çox pislik edən adamdır. Gah deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan, nə zavoddan söhbət gedir, bilinmir. Efirdə olanda deyirdi ki, sübut edəcəyəm. Elə danışırdı ki, guya mənlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam. Adını da qoyub ki, Rasim Məmmədovu tənqid edirəm. Təndiq başqadır, təhqir başqa. Bir dəfə onu məhkəməyə də vermişdim. Sonradan yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.

Ə.Zeynallı Rasim Məmmədovu birinci dəfə gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib.

R. Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib. Tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə qarşı təhqiredici ifadələrdən istifadə ediblər.

Bundan sonra hakim Əli Məmmədov Ə. Zeynallını zaldan çıxarıb. Proses yarımçıq təxirə salınıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt