Cəlilabadda payızlıq kartofa fermerlər alıcı tapa bilmir – Ekspertlər əhaliyə çağırış etdi

Ölkənin cənub rayonlarından olan Cəlilabadda payızlıq kartofun yığımına başlanılıb. 

Adalet.az-ın əməkdaşı fermerlərlə söhbət edib və onların problemləriylə maraqlanıb. Fermerlər əməkdaşımızla söhbətləri zamanı bildiriblər ki, ötən ildən fərqli olaraq bu il kartof sahələrinə kütləvi olaraq “qaraca” xəstəliyi düşüb və kartofun tağını yandıraraq kül edib. Ona görə də fermerlər məcbur olub kartofun yığımına başlayıb. 

Onlar bunun səbəblərini də açıqlayıblar…

Fermerlər  bildirib ki, məhsul boldur, amma onlar alıcı tapa bilmirlər. Hansı ki, ötən il onlar öz məhsullarını birbaşa sahədən sata bilirdilər. Onlar bunun səbəblərini də açıqlayıblar. Fermerlərin sözlərinə görə ölkəmizə Rusiya, Belarusiya və İrandan idxal olunan kartof məhsulları yerli məhsulun qiymətini aşağı salır və nəticədə də alıcı qıtlığı yaşanır.

Bəzi fermerlər məhsulunu yığmaqdan imtina edib…

Ölkənin ən böyük bazarlarından biri olan “Meyvəli” bazarında Rusiya və Belarusiyadan gətirilən kartof məhsulu 50, 55, 60 qəpiyə, İran kartofu isə 65, 70 qəpiyə, yerli Cəlilabad kartofu isə 30 qəpiyə təklif olunur. Fermerlər bu qiymətə məhsullarını satmağın onlar üçün heç də sərf etmədiyini bildirirlər. Bəzi fermerlər əlavə xərci nəzərə alaraq məhsulunu yığmaqdan imtina edib və sahəsini şumlatdırıb.

İqtisad elmləri doktoru, professor Əli Əlirzayev Adalet.az-a açıqlamasında bu işdə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə kömək edə biləcəyini bildirdi və təkliflərini verdi:

“Bu bazar iqtisadiyyatıdır və xaricdən də ölkəmizə məhsullar idxal olunur. Ümumiyyətlə, əhalinin mənafeyini qorumaq  çətin bir problemdir. Xaricdən ölkəmizə gətirilən kartof məhsullarının da qarşısını almaq olmaz. Onda istehlakçı hüquqlarının qarşısını almış olarıq. Əgər məhsul xaricdə ucuz başa gəlirsə, təbii ki, bizdə də istehsal elə olmalıdır ki, ondan ucuz olsun. Bu isə çətindi, çəkilən xərc baha çıxır və onu da aşağı salmaq mümkün deyil. Belə olarsa, onda gərək fermerlər gələn il kartof əkməsin.

İndiki şəraitdə isə əhali yerli məhsullara üstünlük verməlidir. Ona görə də məsulu saxlamaq üçün şərait olmalıdır ki, qışda satışa çıxarılsın. Elə müəssisələr var ki, yerli məhsulların alınması üçün onlara müraciət etmək olar. Əgər dövlət sifarişi olarsa, həmin kartofu baha alıb daha sonra əhaliyə ucuz qiymətə satmaq olar. O fərqi dövlət və ayrı-ayrı müəssisələr də ödəyə bilər. Kənd Təsərrüfatı Nazirliyi bunun üçün fermerlərə subsidiya verə bilər. O məhsulları rayonlardan daşıtdırıb və bir müddət sonra sata bilər. Nazirliyin maliyyə imkanları olarsa, onda həmin sahibkara qiymətdə olan fərqi ödəyə bilər”-deyə iqtisadçı bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dövlətin fermerlərə şərait yaratmasının vacibliyini vurğuladı:

“Təsadüfi deyil ki, kartofu ikinci çörək adlandırırlar. Kartof əhəmiyyətli bir qida məhsuludur. Kartof məhsullarına xəstəlik düşməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yarıtmaz işinin nəticəsidir. Artıq bir neçə ildir ki, bu qurum yaradılıb və gərək bu kimi xəstəliklərin kökü Azərbaycanda çoxdan kəsilmiş olaydı.  Amma çox təəssüf ki, Azərbaycanda buna nail ola bilməyiblər. Yaxşı haldır ki, xaricdən ölkəyə gətirilən bəzi kartoflarda təhlükəli bakteriyalar aşkar olunur və geri qaytarırlar və sair. Lakin AQTA-nin dönüb yerli istehsal olan kartof sahələrinə də baxması vacibdir. Üstəlik xəstəlik tutub və az məhsul verən kartofun alıcısının olmaması da böyük problemdir. Gərək hökumət belə hallarda yerli istehsalı stimullaşdırmaq üçün müəyyən tədbirlər görsün. Məsələn, xaricdən gətirilən kartofun gömrük rüsumunu artıra bilər. Çox təəssüf ki, bu baş vermir və nədənsə dövlət azad bazar iqtisadiyyatı altında xaricdən mal gətirənləri daha çox dəstəkləyir, nəinki yerli istehlakçıları. Bu isə həddən artıq pis bir vəziyyədir. Düşünürəm ki, hökumət yerli istehsalı stimullaşdırılması üçün qərarlar qəbul etməlidir”.

Ekspert əhaliyə çağırış edərək yerli məhsullara üstünlük verməyimizi məsləhət görüb: 

İstehlakçılara üzümü tutub deyirəm ki, bütün hallarda yerli istehsal daha ekoloji təmizdir, yaxşıdır. Çünki onun maya dəyərində kimyəvi maddələrdən istifadə olunması az öz əksini tapır. Bütün hallarda yerli kartoflara üstünlük vermək lazımdır”-deyə ekspert bildirib.

Vasif Əlihüseyn

sweet bonanzaistanbul escortcasibommatbetbetcio girişbetcio güncel girişgrandpashabet 2198betciomarsbahisistanbul escort bayanJOJOBETsahabet günceljojobetmatadorbetjojobet girişjojobetjojobet girişbetistsekabet girişasyabahisjojobet girişİzmir escortcasibom yeniKayseri escortGrandpashabetGrandpashabetSpincofixbetjojobet girişjojobet girişdeneme bonusu veren sitelermarsbahiscasibom girişvds satın alJojobetbakırköy escortAtaşehir Escortcasibomjojobet güncel girişmarsbahisbetistmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişjustin tvcasibomcasibom 793 girişDeneme bonusu veren sitelerbetsatngsbahisbettinemarsbahis güncel girişjojobetholiganbet güncel girişholiganbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişsahabet güncel girişsahabet güncel girişsekabet güncel girişpusulabetasyabahiscasibomkalebetextrabetklasbahismobilbahiskalebetonwin güncel girişholiganbet güncel girişkalebetPusulabet güncel girişjojobetmeritkingankara escortcasibom girişcasibommatadorbetgrandpashabetsahabetonwinonwinonwinholiganbetjojobetMeritkingmatbet güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetultrabet girişholiganbetbetexper güncel girişmeritkingsahipleniyorummatbetimajbet güncel girişCasibom güncel girişjojobetSerdivan Escortextrabetmatadorbetcasibomextrabetcasibom girişbettilt girişjojobetjojobet girişmatadorbetbaywincasibom girişcasibom girişsekabet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritkingdeneme bonusu veren sitelercasibom girişcasibom girişGrandpashabetbetwooncasibomGrandpashabetCasibom güncel girişBuca Escortbetcio girişGrandpashabetcasinolevantbettilthiltonbetjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabettümbettümbetmatadorbetmatadorbet girişlunabetbetebet girişnakitbahis güncel girişbahsegel girişmeritkingaresbetmavibetjojobet güncel girişjojobet güncel girişcasibom girişcasibom güncel girişbayrampaşa günlük kiralık evjojobet güncel girişartemisbet güncel girişpinbahis güncel girişgrandpashabet güncel girişmatadorbet güncel girişholiganbet güncel girişonwin güncel girişmarsbahis güncel girişsahabet güncel girişsekabet güncel girişmatbet güncel girişimajbet güncel girişholiganbetjojobet girişmarsbahisonwingoldenbahismavibetbetnanobetnanomarsbahisjojobetbetnanolunabetjojobetkralbet güncel girişdinamobet güncel girişdumanbet güncel girişfixbet güncel girişultrabet güncel girişmarsbahismarsbahistipobet güncel girişotobet güncel girişfixbet güncel girişbetturkey güncel girişbahiscom güncel girişbahsegelcasibomjojobetgoldenbahisbetkanyon güncel girişimajbet güncel girişbetistcasibomcasibom güncel girişcasibomdinamobet girişjojobet girişaresbetcasibommarsbahisonwinjojobet girişcasibombaywintempobetmarsbahis girişmatadorbet giriş atlasbet girişbetasus giriş