Bakıda sıxlıq müşahidə edilən yollar – SİYAHI

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Məcra.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. Mikayl Müşfiq küçəsi, “Badamdar dairəsi”-ndən 20 saylı məktəb istiqamətində;

15. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. (APA)

PAGE TOP