Füzulidə ər arvadını öldürdü

XƏBƏR XƏTTİ
Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb•“İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”•Sabahın havası açıqlandı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt