Dolu düşəcək, qar yağacaq-PROQNOZ

XƏBƏR XƏTTİ
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•

Azərbaycan rayonlarında sentyabrın 25-dən 26-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Məcra.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara, Mərkəzi-Aran, Qarabağ və Şərqi Zəngəzur) yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt