Daşkəsəndə arvadını və qayınatasını bıçaqlayan şəxs saxlanıldı- YENİLƏNİB

XƏBƏR XƏTTİ
İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri – 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

***

Saat 20:25

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı, 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni ailənin kürəkəni törədib.

Polis araşdırma aparır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt