Biləsuvarda qəza: motosiklet sürücüsü öldü

Biləsuvarda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Biləsuvar-Bəhramtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə rayonun Nərimankənd kənd sakini 1969-cu il təvəllüdlü Sərxoş Quliyevin idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin 2007-ci il təvəllüdlü Rəsul Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Həkimlərin səylərinə baxmayaraq, S. Quliyevin həyatını xilas etmək olmayıb o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

👁 baxış