“Körpənin anası ilə əlaqəsi onun xarakter və bacarıqlarının formalaşmasına çox güclü təsir göstərir”
Adalet.az uşaqların tərbiyəsi ilə bağlı növbəti yazını təqdim edir:
“Ana ilə körpə arasında kontakt çox güclüdür. Körpə nəyə görəsə narahatdırsa və ağlayarsa, siz onu qucağınıza aldıqda, çox güman ki, sakitləşəcək. Çoxları düşünür ki, belə etmək uşağı ərköyünləşdirir: guya uşaq biləcək ki, öz ağlamağı ilə hər an böyüklərin diqqətini öz üzərinə çəkə bilər.
Özünü ifadə etmək üçün başqa bir yol tanımayan körpə üçün ağlamaq, diqqəti özünə çəkmək yeganə vasitədir. Əgər o ağlayarsa, demək o nəsə istəyir və onun istəyini cavabsız qoymaq-lap əvvəldən onu ünsiyyətdən məhrum etmək deməkdir. Körpəni qucağınıza aldığınız zaman toxunuşla duyulan əlaqə yaranır. Məhz bu, qayğıkeş və ünsiyyətcil insanın formalaşmasına kömək edir.
Valideynlərin qorxduqları daha bir məqam-uşağı yatağa gətirməkdir. Yenə də onlar, bununla körpəni ərköyün etməkdən ehtiyat edirlər. Buna başqa tərəfdən baxmağa çalışın. Əgər ana gün ərzində çox işləyirsə və körpə ilə ünsiyyətdə olmağa tamamilə vaxtı olmayıbsa, əla çıxış yolu var-sadəcə bərabər yataqda uzanıb ona nağıl oxumaq və ya ona sadəcə nə isə danışmaq lazımdır. Bu yolla gün ərzində yaranan boşluğu doldurmuş olursunuz.
Bacarıqların genlə uşağa ötürülməməsi barədə artıq danışmışıq, bu eləcə də musiqi bacarıqlarına aiddir. Siz həmçinin artıq bilirsiniz ki, gördüyü və eşitdiyi hər şey körpəyə təsir göstərir. Əgər ana körpəsinə musiqi ilə tamamilə səsləşməyən layla oxuyursa, qızı bu səsləri yaxşı yadda saxlayır və böyüdükdən sonra belə musiqi ilə bağlı tapşırıqların öhdəsindən heç cürə gələ bilmir. Bu yolla musiqi duyumu, eləcə də karakter və bacarıqların inkişafı ümumiyyətlə, valideynlərin əsasən valideynlərin vərdişlərinin təsiri altında formalaşır. Hətta valideynlərin davranışında əhəmiyyətsiz görünən hər bir şey körpəyə güclü təsir göstərə bilər”.
Mənbə: “Daha ağıllı idarə et” kitabı.
Hazırladı: Vasif Əlihüseyn
(Adalaet.az)