Jurnalistin müraciətindən sonra doğulduğu kəndin yol problemi həll edildi-FOTOLAR

XƏBƏR XƏTTİ
İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•

Məcra.az saytının rəhbəri, tanınmış jurnalist, şair Vasif Əlihüseyn doğulduğu Cəlilabad rayon Muğan kəndinin mərkəzi yolundakı problemdən narahat olduğunu bildirib.

Jurnalist deyib ki, kənd sakinləri onunla söhbətləri zamanı yola yol nişanlarının qoyulmasının və piyada keçidinin çəkilməsinin vacib olduğunu bildiriblər. Onlar jurnalistdən xahiş ediblər ki, məsələni aidiyyatı qurumların diqqətinə çatdırsın. Çünki Muğan kənd orta məktəbində 450 nəfərdən çox şagird təhsil alır, onlar hər gün yolu keçib məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər, avtomobillər çox sürətlə hərəkət edirlər.

Kənd sakinlərinin müraciətini nəzarətə götürən jurnalist bununla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi hörmətli Rövşən Tağıyevə müraciət edib. R.Tağıyevin məsələni aidiyyatı üzrə yönləndirməsindən sonra kənd yollarındakı problem həll edilib.

Vasif Əlihüseyn və kənd sakinləri bu işdə əməyi keçən hər kəsə minnətdarlıq edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt