Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin Milli Qurtuluşun işığından qaynaqlanan ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu ideyaların ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Tarixi baxımdan o qədər də böyük olmayan son illər ərzində dövlətimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında misilsiz dəyişikliklər baş verib. Bundan ötrü Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsinin yekunlarına diqqət yetirmək kifayətdir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.
Prezident İlham Əliyev demişdir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Yenə də təkrar edirəm ki, xalqımız 1993-cü ildən sonrakı tariximiz ərzində görülən işlər əııəllər heç vaxt görülməyib. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları dövlətimizi göz bəbəyi kimi qorumalı, yaşatmalı və inkişaf etdirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da dövlətçilk uğrunda mübarizədən qida alıb, bu mübarizəni davam etdirərək daha da irəli gedərək, suverenliyimizi və azadlığımızı daha da möhkəmləndirməyliyik.
Biz inanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi yoxdur, möhtərəm Prezidentimiz bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.
Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri