Cəlilabadda şəkər xəstələri dərmanlarını niyə ala bilmirlər? – VİDEO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Cəlilabad rayon sakinləri Səbuhi Məmmədov və Səfqulu Abbasov APA TV-yə müraciət edərək bildiriblər ki, uzun müddətdir xəstəxanadan şəkər dərmanı, şəkər stripləri və qlukometr ala bilmirlər.

Məsələ ilə bağlı Cəlilabad rayonunda olduq, redaksiyaya müraciət edənləri və qarşı tərəfi dinlədik.

Müraciət edənləri dinlədikdən sonra üz tutduq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına. Bildirildi ki, qlukometr Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yeni gətirilib. Aparatlar xəstələrə mərhələli şəkildə veriləcək. Həmçinin şəkərli diabet xəstələri, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dərmanlar, iynələr və digər ləvazimatlarla təmin olunurlar.

 

Vətəndaşlar isə bildirirlər ki, xəstəxanadan verilən açıqlama özünümüdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Reallıq budur ki, dərmanlar vaxtında verilmir, ən böyük problem isə şəkər çöpləri ilə bağlı yaşanır.

Hazırda Cəlilabad rayonunda 4500-ə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır. Problemin aktuallığını nəzərə alıb, mövzuya yenidən qayıdacağıq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt