“Yüksək inam, bütöv söz…”

İsrail Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin inkişafında yeni səhifə açır. Bu, hər iki dost ölkə üçün faydalıdır. İki ölkənin liderləri arasında baş tutmuş görüşlərdə maraqlı məsələlərə toxunub, o cümlədən ölkələrimizin potensialından geniş bəhs edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan İsrail üçün etibarlı tərəfdaşdır. Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.

Cənab İlham Əliyevin göstərdiyi bu faktları dünya ölkələrinin liderləri və siyasətçiləri də təsdiq edirlər. İsrail Prezidenti də mətbuata bəyanatında bildirib.ki, Azərbaycan həm İsrail üçün əhəmiyyəti artan tərəfdaşdır, böyük potensiala malikdir, sıx tərəfdaşlığa hər zaman öz töhfəsini verə bilər.

İsrail Prezidenti. əlaqələrimizin dərin köklərinin olduğunu vurğulayıb: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”.

       Bir sözlə, Prezident İsxaq Hersoqun səfəri Azərbaycanla İsrailin etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.

Mais Məmmədov,

Cəlilabad rayon Zopun kənd

tam orta məktəbin direktoru     

 

PAGE TOP