“Azad İstehlakcılar” İctimayi Birliyinin (AİİB)sədri Eyyub Hüseynovun 26 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye universitetində kecirilən, Ümumimilli Lider Heydər Əliyevin 100-illiyinə həsr olunmuş “Sağlam Qidalanma,Reallıqlar,Perespektivlər” mövzusunda kecirilən forumdakı məruzəsi.
Mövzu:”Qida təhlükəsizliyinin təmin olunmasında ictimayi nəzarətin rolu, yaradılması mexanizmi.”
Əziz bacılar,qardaşlar! Ümumimilli Liderin ruhunun şöləsinə toplaşmışıq. Ümumimilli lider relliğı,həqiqəti cox qiymətləndirərdi və təsadüfi deyil ki,bu günki forumun mövzusu reallıqdır!
Mən məruzəm ətrafında çalışacam mütləq reallıqdan-rəqəmlərin dililə ifadə olunan reallıqdan danışım.
Belə ki,“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın
Qida təhlükəsizliyi sahəsində qlobal meyillər bölməsində qeyd olunur ki,
Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır.Bu rəqəmləri əsas götürüb Ölkəmiz ücün bir tənasüb qursaq, ümumdünya göstəricisinə uyğun olaraq Azərbaycanda orta hesabla bir milyon nəfərə(AQTA-nin 2022-ci il ücün hesabatında 348nəfər) qədər insanın bir il ərzində qida zəhərlənməsinə məruz qaldığını və təxminən 525nəfərin(AQTA-nın 2022-ci il ücün hesabatında 7 nəfərin) qida zəhərlənməsindən dünyasını dəyişdiyi nəticəsinə gələrik. Rəqəmlərdən görünür ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida zəhərlənməsinə dair statistik rəqəmi (348 nəfər)ümumdünya göstəricisindən 278 dəfə,qida zəhərlənməsindən dünyasını dəyişəm insanların sayi isə ümumdünya göstəricisindən(7nəfər) 75 dəfə azdır!
Rəqəmlər bizlərin cox xöşbəxt xalq olduğumuzu,qidanin təhlükəsizliyinin ən yüksək səviyyədə tmin olunduğu ölkənin vətəndaşları olduğunumuzu deyir!
Əgər böyük Hipokratın (və ya Pifaqorun) və məndən öncə məruzə edənlərin -“Biz nə yeyiriksə oyuq”fikirlərinə şübhə ilə baxmasaq onda biz həmdə uzunömürlü olmaliyiq.
Baxaq Ümundünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına.
Azərbaycan 198 ölkə arasında aşağı pillədə 115-ci n yerdə dayanır və hətta həyat səviyyəsi, qidaya,tibbi xidmətlərə əlcatarlılığı cox aşağı olan -üçüncü dünya ölkələri hesab edilən Banqladeş və mənim yaxın günlərdə səfərdə olduğum Şiri Lankadan da aşağı pillədədir!
Rəqəmlərin dediyindən nə nəticə cıxartmaq olar?!
Qidadan zəhərləndiyini güman edən şəxs ya qeyri-səhiyyə məkanında dünyasını dəyişir ya da birbaşa nə Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) nə də “Azad İstehlakcılar”İctimayi Birliyinə(AİİB) müraciət edir,istehlakcı əlbəttə Səhiyyə strukturlarına müraciət edir.Səhiyyə strukturunda da ya müalicə alıb geri dönür və ya əlil qalir,ya da dünyasını dəyişir.
26 ildir AİİB bu kimi hadisələri izləyir,satistikaya nəzər yetirir,AQTA yaranana qədər Səhiyyə Nazirliyinin statistikasında 1 ildə dünyasını dəyişənlərin sayı ən cox 3 nəfər qeyd edilirdi!
AİİB-in sədri olaraq mənim bu yanılış statistika və bunu yaradan səbəblərlə bağli coxsayli ictimayi cıxışlarım olmuş və biz bir dəfə də olsun qida zəhərlənməsindən əzab cəkmiş istehlakcıya istehsalcı tərəfindən kompensasiya ödətməyə nail ola bilməmişik və bu günə kimi belə faktın olması barədə ictimayi rəydə də hec bir fakta rast olunmur.
Səbəb nədir?
Səbəb odur ki, sənaye üsulu ilə istehsal olunmuş istənilən qida məhsulunə əvvəllər Səhiyə Nazirliyinin uyğun qurumu, AQTA yaradılandan sonra isə AQTA sertifikat verir və bu rəsmi sənəd əsasında mallar satış şəbəkələrinə paylanır və zəhərlənmədən əzab cəkmiş istehlakcının zəhərlənməsinin hüquqi nəticələrinə nail olmaq ücün tibb müəssınin həkiminin vətəndaşın hansı qidadan zəhərləndiyini bildirən rəsmi sənəd zəruridir.Əlbəttə bunu müəyyən etmək o qədər də asan bir iş deyil,cünki qida zəhərlənməsi hətta bir necə gün sora da özünü büruzə verər!
Lakin görək tibb müəssiəsi belə bir sənədi zəhərlənmiş tərəfə verə bilərmi və buna iradəsi catarmı?!
Vermir,ən müxtəlif bəhanələrlə tələb inkar olunur,cünki sənaye üsulu ilə istehsal olunmuş ərzaq malinın sertifikatı var!!
Nəzəri olaraq, həkim belə bir sənəd verərsə,məhkəmədə mübahisələndiriləcək iddia maraqlar konfilikti səbəbindən təmin olunmayacaq!Yəni istehsalcı şirkət dövlət orqanının zəhərlənməyə səbəb olan mal partiyasına verdiyi sertifikatı masa üzərinə qoyacaq.
Son nəticədə zəhərlənmə səbləri bir qayda olaraq istehlakcının üzərində qalir.
İlərdir ki,bu vəziyyəti dəyişmək mümkün olmayıb!
Nə etmək lazımdir ki,qida zəhərlənməsi ölkəmizdə ən aşağı səviyyəyə gəlsin,cəmiyyət yalancı statistikadan azad olosun?!
Sertifikat verən orqaqn müstəqill olmalısır!.Maraqlar konfiliktinə səbəb olan amil aradan götürülməlidir!
Eyni zamanda İstehlakcıların maarifləndirilməsi ilə bağlı elə bir iş aparmalıyiq ki, istehlakcılar dərk etsinlərki,ölkəmizdə qidanın təhlükəsizliyini təmin etməyə məsul olan,onlara birbaşa bu sahədə istənilən köməkliyi göstərməyə hazır olan əlahiddə bir Dövlət qurumu-AQTA var.AQTA ilə hər kəsin əməkdaşlığı,istədiyimiz hədəflərə asanlıqla catmağa kömək edər.Bu əməkdaşlıq isə mükəmməl ictimayi nəzarət mexanizmi ilə qurula bilər!
Məlumdur ki,illər boyudur ölkəmizdə mövcud olan,xəstəlikdən muurdar olaraq ölmüş və eləcədə ölkəmizdə yeyilməyən qeyri-ənənəvi heyvan ətlərinin(at,eşşək) bazara,ictimayi-iaşə müəssiələrinə daşınması mövcuddur və dəfələrlə müvafiq dövlət qurumları bu faktları ifşa edir.Bu da danılmaz faktdır ki,bu kimi hallar kimlərinsə qonşuluğunda baş verir.Kimlərsə mütləq bu kimi haldan məlumatlı olur.Və ya dəfələrlə AQTA əməkdaşlarının səyi ilə ifşa olunan istehsal müəssiələrində, qidanın təhlükəliliyinə səbəb olan amillər kimlərinsə gözləri önündə baş verir və istisna olunmur ki,bu əməli gözləri ilə görən insan elə özü bu işin iştirakcısı olur.
Ölkəmizdə son 5 ildə Ölkə Prezidentinin cağrışlarına dəstək olaraq ictimayi nəzarət insititutu sürətlə formalaşır.Müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimayi şuralar yaradılır və təbii olaraq AQTA yanında da ictimayi şura mövcuddur.
Qida təhlükəsizliyinin təmin olunması,istehlakcıları kütləvi şəkildə AQTA-nın könüllülərinə,informatorlarına cevrilməsi ücün,AQTA nümayəndələrinin,bu məsələyə biganə qalmayan ictimayi fəal insanların fəaliyyət istiqamətindən asılı olmayaraq formalaşmış ictimayi şura üzvləri ilə silsilə görüşləri kecirilməlidir.Ən azı məntiq ordadır ki, hər bir şəxs qidanın istehlakcısıdır!
AQTA-nın qidanın təhlükəsisliyinin təmin olunmasında kütləvi ictimayi nəzarətə nail olmasının səmərəli yollarından biri də ölkədə fəaliyyət göstərən mobil operatorlarla əməkdaşlıq edib onların resurslarından səmərəli istifadə edərək vətəndaşlara sms-lər vasitəsilə məlumat verilməsi və əks əlaqənin qurulması ola bilər.
AQTA təhsil müəssiələrində bu sahədə bəzi işlər aparır,lakin bu işlər zəruri olsa da kafi deyildir.
Mütləq valideyin komitələrində də işlər aparılmalıdır.
AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalı, “cəld teaksiya mexanizmi” yaradılmalıdır. Yəni sutkanın istənilən vaxtı AQTA-nın qaynar telefonuna daxil olan zəng cəld reaksiya ilə qarşılanmali, bürokratik prosedur ləğv edilməlidir.
Arzuolunmaz malların gericağrılma mexanizmi tətbiq olunmalıdır.
“Azad İstehlakcılar “İctimayi Birliyinin sədri: Eyyub Hüseynov
26.05.2023