İki qadının ölümünə səbəb olan ginekologiya şöbəsinin müdiri məhkəmə zalında həbs edildi

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsinin müdiri olmuş Nigar Qəhrəmanova məhkəmə zalında həbs olunub.

Məcra.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, o, doğuş zamanı iki ananın ölümündə və rüşvət almaqda suçlanır.

42-yaşlı həkimin ittiham olunduğu ölüm hadisələrindən biri 2021-ci ilin iyununda, ikincisi isə həmin ilin sentyabrında baş verib. Birinci halda, qeysəriyyə əməliyyatı ilə əkiz uşaqlar dünyaya gətirən 37-yaşlı Xəyalə Əhmədova bir gün sonra vəfat edib. İkinci halda isə Cəlilabad rayonunun Muğan kənd sakini 19-yaşlı Fatimə Həziyeva əməliyyat yolu ilə övlad dünyaya gətirəndən sonra həyatını itirib.

Ekspertiza hər iki ölümdə həkim səhvi olması haqda rəy verib. İddia olunur ki, əməliyyatın gedişi zamanı və əməliyyatdan sonra Xəyalə Əhmədovada baş verən qanaxmanın mənbəyi, mənşəyi və miqdarı düzgün qiymətləndirilməyib. Nəticədə vaxtında lazımi tədbirlər görülməyib. O da qanitirmə səbəbindən ölüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt