Görkəmli dövlət хаdimi, siyаsi tаriхimizə qurucu və хilаskаr kimi dахil оlmuş ümummilli liderimiz Hеydər Əliyеv Аzərbаycаn хаlqının tаlеyində, оnun mənəvi, siyаsi və ictimаi həyаtındа misilsiz хidmətlər göstərən dаhi bir şəхsiyyətdir.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
Ulu öndər Novruz bayramı şənliklərdən birində demişdi: “Bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir.” Bundan böyük fəlsəfə düşünüb tapmaq çətindir. Və biz xoşbəxt xalqıq ki, məhz bu yolu özümüzə ən düzgün istiqamət seçmişik.
Bu gün dərin iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Respublikası hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Bütün qitələrə səpələnmiş 50 milyonluq Azərbaycan xalqı yeni intibah dövrünə qədəm qoymuşdur.İlham Əliyevin yeni dövrün inkişaf strategiyası ilə bağlı bütövlükdə dünya azərbaycanlıları üçün əsas hədəfləri müəyyənləşdirdi, tövsiyə və tapşırıqlarını verdi, eyni zamanda iqtisadi cəhətdən tənəzzülə uğrayan məğlub Ermənistana sonuncu şansı verdi.
Bizim hər birimizin yaxşı xatirindədir ki, torpaqlarımızın işğaldan azad edilməsi günlərində həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır.
Xeyrulla Şahbazov,
Masallı Regional Mədəniyyət İdarəsi
Cəlilabad şəhər 3 saylı şəhər klubun müdiri