Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vurmasının təfərrüatları məlum oldu -FOTO -YENİLƏNİB

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə 4 nəfərin ölümünə səbəb ailənin həyətyanı sahədə qurduqları su hovuzunun motoru  olub.

Belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də elektrik cərəyanı vurub.

 

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

 

***

14:21

Lerikdə baş verən hadisə nəticəsində zərərçəkənlərin şəxsiyyəti müəyyən edilib.

Lerik rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, onlar 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dir(azyaşlının ad və soyadı şərtidir).

 

***

13:59

Lerik rayonunun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

PAGE TOP