Biləsuvarda kafedə kütləvi dava: Polis araşdırmaya başladı

XƏBƏR XƏTTİ
Manaf Ağayevə ağır itki•Leysan olacaq – Sabahın havası•İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb•Bakıda dişini çəkdirən qadın öldü – VİDEO•Hakimin prokuror olmuş atası vəfat etdi•Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı görün nələr üzə çıxdı – VİDEO•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•Manaf Ağayevə ağır itki•Leysan olacaq – Sabahın havası•İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb•Bakıda dişini çəkdirən qadın öldü – VİDEO•Hakimin prokuror olmuş atası vəfat etdi•Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı görün nələr üzə çıxdı – VİDEO•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•

Biləsuvarda kütləvi dava olub.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Şahidlərin bildirdiyinə görə, bir nəfər şəxs dostları ilə birlikdə kafeyə gələrək yeyib-içən şəxslərə yaxınlaşıb. Onlara qarşı “mən buranın lotusuyam” ifadəsini işlədib. Bundan sonra iki qrup arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Şəxslər bir-birinə kafenin stulları ilə zərbələr endiriblər.

Dava zamanı iki nəfərin ağır xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”ya bildirib ki, iki nəfərin xəsarət aldığı faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır: “Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt