Xəbər verdiyimiz kimi, Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində kobud qayda pozan sürücü görüntülənib.
Mecra.az xəbər verir ki, görüntülər yayıldıqdan dərhal sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücünün Cəlilabad rayonu Şıxlar kənd sakini Mənsimov Natiq Davud oğlu olduğu müəyyən edilib və o saxlanılıb.
Nəqliyyat vasitəsi müsadirə edilərək cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq sürücü barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib (Avtosfer.az).






























