Çərşənbə, Aprel 15, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Köşə

İmam kimi kişi... - Elman Eldaroğlu yazır...

16 Yanvar, 26 / 11:21
A A
İmam kimi kişi... - Elman Eldaroğlu yazır...
 “Həqiqətən də mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.”- bu kəlmələr Allahın rəsulu, həzrət Məhəmmədə məxsusdur. Bunu təsdiq edən yüzlərlə məsəl çəkmək olar, amma sevindirici haldır ki, məhz sevimli peyğəmbərimizdən miras qalan gözəl əxlaqı bu gün də yaşadanlar var. Onlar öz davranışları ilə bu mirası insanlara ötürür, cəmiyyətə aşılayırlar. Belə insanlardan biri də haqqında söhbət açmaq istədiyim Dünyamalı Məmmədovdur…
Çağdaş Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən, ölkənin ən istedadlı yazıçılarından biri Meyxoş Abdullah onun barəsində deyir: “Dünyamalı müəllimi 40 ildən artıqdır ki, tanıyıram. Sadə, təvazökar, xeyirxah və dəyanətli bir insan kimi. Müxtəlif vəzifələrdə calışıb, kiçik vəzifədən tutmuş Milli Məclisin deputatına kimi şərəfli bir yol keçib, ucalibdir. Harada olubsa, hansı vəzifəni daşıyıbsa o ağlının gücünə arxalanıb, vicdanının səsinə qulaq asıbdir. İnsanlarla mədəni davranmaq, onlara kömək etmək onun bir vətəndaşlıq borcu olub. İşlədiyi müddətdə bir nəfərdən də olsun 1 manat belə umacağı olmamayıb. Əksinə, ondan kömək gözləyən, maddi vəziyyəti çətin olan insanlara həmişə əl tutub. Onu hər kəs xeyirxah, təmiz insan kimi tanıyır. O fəxr ediləsi bir insandır. Böyüklüyü, ağsaqqallıği, dostlara sədaqəti ilə seçilir. Təmkinlidir, səbirlidir, az danışib, çox dinləməyi sevən bir insandır. Onu özümüzə ağsaqqalımiz kimi qəbul edirik. Sözün həqiqi mənasında, o bir nurdur. Allah ona cansağlığı, uzun ömür qismət etsin.”
Şəkilin açıqlaması yoxdur.
Dünyamalı Böyükxan oğlu Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad kəndində dünyaya gəlib. Səkkiz illik təhsilini orada aldıqdan sonra, orta təhsilini Göytəbə şəhərində başa vurub. 1969-1974-cü illərdə indiki Azərbaycan Texniki Universitetinin inşaat fakültəsində ali təhsilə yiyələnib. 1974-1975-ci illər ərzində Salyan rayonunda Salyan Kolxozlararası Tikinti İdarəsində tikinti ustası, 1975-1982-ci illərdə Cəlilabad RİK Yol İstehsalat sahəsində baş mühəndis vəzifələrində işləyib. 1979-cu ildən Cəlilabad RİK-də Komsomol katibi olub. 1979-cu ildən 1984-cü ilədək Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqının Cəlilabad Rayon Komitəsinin sədri vəzifəsində çalışıb. 1982-1988-ci illərdə Cəlilabad RİK Yol İstehsalat sahəsinin rəisi vəzifəsində işləyib. 1988-1990-cı illərdə Azərbaycan KP Cəlilabad RK-da təlimatçı vəzifəsində çalışıb. 1990-1991-ci illər ərzində Cəlilabad Rayon Xalq Nəzarət Komitəsinin sədri olub. 1992-ci ilin aprel ayının 16-dan sentyabr ayının 21-nə qədər Cəlilabad Rayon İcra Başçısının müavini vəzifəsini icra edib. 1992-1993-cü llər ərzində 35 saylı SMD-nin sədri vəzifəsində işləyib. 1990-1993-cü illərdə işdən ayrılmamaqla Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsində təhsilini davam etdirib. 1993-cü ildə Cəlilabad Rayonun təsərrüfat hesablı “Göytəpə Ticarət Müəssisəsi” üzrə direktor müavini vəzifəsində çalışıb. 1993-1995-ci illərdə Cəlilabad Rayon İcra Başçısının I müavini vəzifəsində işləyib. 1995-2000-ci illərdə 96 №-li Cəlilabad şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputat olub. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin köməkçisi vəzifəsində çalışıb. 2005-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq “Dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsinə layiq görülüb. Haqqında Toğrul Şəmil oğlu Xəlilov tərəfindən “Ləyaqətli insan” adlı kitab yazılıb və həmin kitab 2010-cu ildə Bakı şəhərində “Adiloğlu” Nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunub…
Şəkilin açıqlaması yoxdur.
…İmam Cəfər Sadiq gözəl əxlaqın mənası barədə ona verilən sualın cavabında buyurub: “Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, adamlarla mehriban rəftar edən kəsdir…”
Sərdar Allahyarov adlı bir müəllim isə söyləyir: “Onu tanıdınsa, cazibəsindən çıxmaq mümkün deyil. Hər dəfə nəsə yeni bir cizgi, yeni bir ünsiyyət, yeni bir düsüncə tərzi ilə insanın ruhunu alıb aparır. Sadəliyi, ictimai və siyasi baxişlarındakı aydınlıq, durustlük hər gorüsdə səni özünə çəkir. Dünyamalı müəllim insanlığa etalon ola biləcək bir ziyalı, siyasi xadim və şəxsiyyətdir. Dostların onunla hər görüşu, ömür tarixçəmizin zəngin bir parçasıdir…”
Doğrudur, Dünyamalı müəllim haqqında çox adamdan- deputat həmkarı Soialist əməyi qəhrəmanı Tərlan Musayevadan, dostu Elçin Hüseynov və başqalarından ürək sözlərini toplamışam, amma onların söylədiklərini bir yazıya sığışdırmaq mümkün olmadı. Onu da xüsusi vurğulamağı özümə borc bilirəm ki- məndə Dünyamalı müəllimə səmimi sevgini, dərin ehtiramı dostum iş adamı, kərbəlayi Rafiq Abışov yaradıb…
Ümumiyyətlə, Dünyamalı müəllimə xas olan müsbət xüsusiyyətlər çoxdur, onları bir-bir sadalamağa ehtiyac duymadım, əsasən ƏXLAQ mövzusuna önəm verdim. Axı, kimdə gözəl əxlaq varsa mərdlik, cəsarət, mədəniyyət, xeyirxahlıq, o cümlədən də bütün müsbət xüsusiyyətlər onun yanında olur. El arasında belə kişilərə- İMAM kimi kişidir- söyləyirlər…
“Dedilər ki, o qadını Pəncəli əsirlikdən gətirib…” – Milli Qəhrəmanın evindən REPORTAJ – FOTOLAR
…Bəli, Allahın rəsulu buyurub: ““Həqiqətən də mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.” Yəqin ki, haqqında söhbət açdığım Dünyamalı Məmmədov da peyğəmbərdən miras qalan GÖZƏL ƏXLAQI yaşatmaq üçün bu dünyadadır. O, öz missiyasını ləyaqətlə icra edir…
Hörmətlə, Elman Eldaroğlu
Əvvəlki yazı

Hacıbala Abutalıbov Bakıdan bu kəndə köçüb

Növbəti yazı

Şahin Tağıyev dəfn olundu - FOTOLAR

XƏBƏR LENTİ

TƏBİB-in yeni icraçı direktoru kimdir?

TƏBİB-in yeni icraçı direktoru kimdir?

Aprel 14, 2026
O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

O yuxunu görməsəydim, anam ölməyəcəkdi... - Vasif Əlihüseyn yazır...

Aprel 14, 2026
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

Aprel 14, 2026
Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Cəlilabadda bu il sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu

Aprel 14, 2026
Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Aprel 14, 2026
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Aprel 14, 2026
Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Cəlilabadda şagirdlərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

Aprel 14, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Bu şəhərlərdə pensiyalar ödənildi

Aprel 14, 2026
DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

DİN qadınları fahişəliyə cəlb edənlərlə bağlı məlumat yaydı - VİDEO

Aprel 14, 2026
Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Yeni nə varsa, onun açarı əsasən xarici dillərdədir - Bir gündə məşhurlaşan müəllim

Aprel 14, 2026
Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir 

Aprel 14, 2026
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

Aprel 14, 2026
Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Füzulidə ANAMA əməkdaşı həlak oldu

Aprel 14, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, sel gələcək - Xəbərdarlıq

Aprel 14, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Yağış yağacaq, duman olacaq - Sabahın havası

Aprel 14, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxslər işdən çıxarıldı

Aprel 14, 2026
Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Azərbaycanda qadın fermerlərin sayı AÇIQLANDI - FOTO

Aprel 14, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Xırdalanda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Aprel 14, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Aprelin 14-ü son gündür

Aprel 14, 2026
Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Şabranda "Bağçalı" otel bağlandı - VİDEO

Aprel 14, 2026
Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər - VİDEO

Aprel 14, 2026
Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Ağcabədidə xalauşaqları evləndi - Araşdırma başladı

Aprel 14, 2026
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

Aprel 13, 2026
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Aprel 13, 2026
Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Lənkəran sakinləri Salyanda qəzaya düşdü - Yaralılar var

Aprel 13, 2026
Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Cəlilabadda "parnik" kartofun yığımına başlanıldı - FOTO

Aprel 13, 2026
At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

At ətini Biləsuvardan Bakıya gətirmək istəyənlərin əməli ifşa edildi - FOTO

Aprel 13, 2026
İki uşaq bağçasına müdir təyin olundu - FOTO

İki uşaq bağçasına müdir təyin olundu - FOTO

Aprel 13, 2026
Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Bakıda başlanan sevgi, Şəmkirdə bitən cinayət: "Evə getsəm, özümü öldürərəm" - TƏFƏRRÜAT

Aprel 13, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.