“Son illər ərzində İranın çox möhtəşəm qonşuları qınamaq təcrübəsi formalaşıb. Hər dəfə İrana raket və bomba düşən kimi Laricani və ya Araqçı peyda olur, dəhşət dərəcədə əsəbləşirlər və bomba atan düşmənləri əvəzinə sərt dil ilə qonşuları qınayırlar. Ardınca qonşuları hər gün ballistik raket zərbələrinə məruz qoyurlar və bundan sonra onlardan mövqe bildirməyi tələb edirlər”.
Mecra.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu həmin qonşulardır ki, məhz İran təhdidlərinə görə ərazisinə ABŞ qoşunlarını dəvət edib. İran hər gün özü mövqe dəyişir:
“Eyni nazir gah deyir Uran yoxdur, gah deyir var, gah da deyir ki, uran dağıntılar altındadır. Özünün dövlət mövqeyi olmayan, bütün qonşuları özünə düşmən edən bir ölkə kimsədən mövqe tələb etmək hüququna malik deyil. Bu gün müsəlman dünyasının bölünməsinə, müsəlman ölkələrin müharibə alovunda yanmasına səbəb olan tək ölkə İran Antiislam Respublikasını idarə edən molla rejimidir”.
Vasif ƏLİHÜSEYN






























