Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 22 aprel tarixində keçirilmiş Azərbaycan-Latviya biznes forumunda nitqində göstərilir ki, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Latviya Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.
Qeyd etmək lazımdır ki, son illər Azərbaycan kimi, Latviya da böyük uğurla inkişaf və tərəqqi yolundadır. Bu ölkənin Avropa qitəsində və onun təhlükəsizlik arxitekturasının önəmi daim artır.
Möhtərəm Prtezidentimiz cənab İlham Əliyev deyib ki, planlarımıza gəlincə, biz Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır. Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. Azərbaycan ilə Latviya arasında əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkanardan maksimum yararlana biləcək.
Bu məsələyə toxunan Latviya lideri deyib ki, onun ölkəsi Av¬ropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi tamamilə dəstəkləyir. Azərbaycan öz qarşısına ümumi enerji sahəsində bərpa olunan enerji mənbələrinin həcminin artırılması məqsədini qoyub. Latviya bərpa olunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malikdir. Bu, eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlığımız üçün böyük potensial mövcuddur. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. Əminik ki, Azərbaycan-Latviya münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək.
Rahib Kərimov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru





























