Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunmuş biznes-forumdakı nitqində vurğulayıb ki, biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Əlbəttə ki, əhalimizin qırx faizindən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq bu məsələ bizim hökumətimiz üçün prioritetlərdən biri olmağa davam edəcək. Orada yaxşı infrastruktur yaradılıb və rayonlarda biznes imkanları var. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub. Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmçinin bildirib ki, əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir.
Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. İnvestisiya prioritetləri aydındır. Biz bunu artıq qismən müzakirə etmişik Tamamilə doğru fikirlərdir.
Xanoğlan Süleymanov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi





























