Cümə axşamı, Aprel 23, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

“Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”

23 Aprel, 26 / 15:34
A A

“Xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahədə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirmək istiqamətində mühüm addımlar atır. Qarşılıqlı etimad mühitinin qorunması dövlətimizin xarici siyasətinin əsas prinsiplərindəndir. Azərbaycanı özünə dost, etibarlı tərəfdaş kimi qəbul edən ölkələrdən biri də Latviyadır. Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixinə nəzər salmağı bir zərurətə çevirir. Belə ki, Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada Səfirliyi 2005-ci ildə, Latviyanın  Azərbaycanda Səfirliyi 2006-cı ildə açılmışdır. Azərbaycan Latviya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan əsas faktorlardan biri təbii ki, qarşılıqlı səfərlərdir. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.  Latviya Prezidentinin sözügedən səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında, Azərbaycan-Latviya biznes-forumundakı çıxışlarda iki ölkə arasında əlaqələrin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəfləri açıqlandı, səfərin əməkdaşlığın  inkişafında rolu xüsusi qeyd edildi. Dövlətimizin başçısı İlham Əliyev “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” söyləyərək onu da əlavə etdi ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”.

Mecra.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, müzakirə edilən əsas məsələlərdən biri Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik, regional inkişaf və ətrafda baş verən hadisələr oldu: “Cənab İlham Əliyev latviyalı həmkarına Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları verdi. Bildirdi ki, əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Malik Həsənov Azərbaycan-Latviya arasında münasibətlərin çox möhkəm çərçivəyə əsaslandığını önə çəkərək onun mühüm hissəsi olaraq dövlət başçılarının şəxsi münasibətlərini qeyd edib: “Prezident İlham Əliyev mətbuata birgə  bəyanatlarında da bu məqama xüsusi diqqət yönəltdi. Cənab İlham Əliyevin “Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm” fikirlərinin davamı olaraq Latviya Prezidenti Edqars Rinkeviçs bildirdi ki, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır. Azərbaycanda ilk dəfə 2002-ci ildə olduğunu və ondan sonrakı dövrdə ölkəmizə dəfələrlə səfər etdiyini bildirən Latviya Prezidenti hər zaman ölkəmizi, xüsusilə də paytaxt Bakımızı  inkişaf etdiyini gördükdə heyran qaldığını xüsusi vurğuladı. Onu da qeyd etdi ki, biz Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük”.

Millət vəkili ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin roluna da diqqəti yönəldib: “Azərbaycan-Latviya biznes-forumunda səsləndirilən fikirlər, qarşıya qoyulan hədəflər iki ölkənin iqtisadi əlaqələrinin aydın mənzərəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlardan geniş bəhs etdi.  Vurğuladı ki, biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.  Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik.

Biznes-forumda hər iki ölkənin ayrı-ayrı sahələrdə malik olduqları imkanlar fonunda əlaqələrimizin gələcək inkişafı geniş müzakirə olundu. Konkret nəticələrin əldə olunacağına böyük əminlik ifadə edildi”.

Malik Həsənov onu da bildirib ki, səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da diqqətdə oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. Həmçinin müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli rol oynayacaq sənədlər də imzalandı.

Millət vəkili vurğulayıb ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkələri üçün  strateji tərəfdaşdır.

Əvvəlki yazı

Cəlilabadda ağacəkmə və təmizlik aksiyası keçirildi - FOTOLAR

Növbəti yazı

Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

XƏBƏR LENTİ

Bu dəfə 300 balı onlar topladı - Siyahı

Bu dəfə 300 balı onlar topladı - Siyahı

Aprel 23, 2026
15 mart imtahan nəticələri açıqlandı

15 mart imtahan nəticələri açıqlandı

Aprel 23, 2026
Tələbələr bu tarixlərdə distant oxuyacaq

Tələbələr bu tarixlərdə distant oxuyacaq

Aprel 23, 2026
Bugünkü əməliyyatda saxlanılanların adları

Bugünkü əməliyyatda saxlanılanların adları

Aprel 23, 2026
Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Aprel 23, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident bu universitetə rektor təyin etdi - Sərəncam

Aprel 23, 2026
Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

Aprel 23, 2026

“Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”

Aprel 23, 2026
Cəlilabadda ağacəkmə və təmizlik aksiyası keçirildi - FOTOLAR

Cəlilabadda ağacəkmə və təmizlik aksiyası keçirildi - FOTOLAR

Aprel 23, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprel 23, 2026
Lerikdə internet çəkən şirkət işçilərin maaşını vermir - ŞİKAYƏT - VİDEO

Lerikdə internet çəkən şirkət işçilərin maaşını vermir - ŞİKAYƏT - VİDEO

Aprel 23, 2026
Azərbaycanın praqmatik siyasəti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji inteqrasiyasını sürətləndirir

Prezident qurultay iştirakçılarına müraciət etdi

Aprel 23, 2026
Hava sabahdan 6 günlük pisləşir - Xəbərdarlıq

Sabah hava necə olacaq?

Aprel 23, 2026
Vilayət Eyvazov bu rayonda qəbul və sıra baxışı keçirəcək

Vilayət Eyvazov bu rayonda qəbul və sıra baxışı keçirəcək

Aprel 23, 2026
““Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi”

““Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi”

Aprel 23, 2026
TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

Anar Bayramov bütün direktorları İŞDƏN ÇIXARIR

Aprel 23, 2026
8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir

8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir

Aprel 23, 2026
Lənkəranda torpaq sürüşməsi 6 kəndlə gediş-gəliş çətinləşdi - FOTOLAR

Lənkəranda torpaq sürüşməsi 6 kəndlə gediş-gəliş çətinləşdi - FOTOLAR

Aprel 23, 2026
Son hadisələrdən sonra bəzi məktəblərdə yoxlamalar aparılır

Son hadisələrdən sonra bəzi məktəblərdə yoxlamalar aparılır

Aprel 23, 2026
Qarşılıqlı etimada və strateji maraqlara söykənən əməkdaşlıq

Qarşılıqlı etimada və strateji maraqlara söykənən əməkdaşlıq

Aprel 23, 2026
Müəllimlər 200 manat cərimələnəcək - VİDEO

Müəllimlər 200 manat cərimələnəcək - VİDEO

Aprel 22, 2026
Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı

Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı

Aprel 22, 2026
Mübahisəyə səbəb olan həmin penalti epizodu - VİDEO

Mübahisəyə səbəb olan həmin penalti epizodu - VİDEO

Aprel 22, 2026
Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı 

30 il əvvəl törədilən qətlin üstü açıldı - Taksi sürücüsünün meyitini belə gizlədiblər

Aprel 22, 2026
Təhsil sektorunun müdiri işdən çıxarıldı

Təhsil sektorunun müdiri işdən çıxarıldı

Aprel 22, 2026
Abşeron Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Abşeron Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Aprel 22, 2026
Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı

Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı

Aprel 22, 2026
Rafiq Cəlilov Seyidbazar sakinləri ilə görüşdü - FOTOLAR

Rafiq Cəlilov Seyidbazar sakinləri ilə görüşdü - FOTOLAR

Aprel 22, 2026
Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Aprel 22, 2026
9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Aprel 22, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.