Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
İki ölkə liderlərinin bir araya gəlməsi göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.
Qəbələdə keçirilən biznes-forumda konkret layihələrə toxunulub və birmənalı olaraq biznes-forumda siyasi gündəliyin, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr, neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər salındı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, adətən, işgüzar dairələr öz qərarını layihənin gəlirliyi ilə bağlayır, lakin eyni zamanda, bir çox məsələlər hüquqi əsaslar və siyasi ölçülərdən asılı olur. Hüquqi çərçivəyə əlavə, hər hansı sərmayədar üçün potensial sərmayələr sahəsində iqtisadi vəziyyət də vacibdir. İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, biz Avropa İttifaqından ilk kənar ölkəyə Azərbaycana səfərini dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik.
İki dövlət arasında qarşılıqlı siyasi etimadın möhkəmlənməsi, yüksək səviyyəli səfərlərin intensivliyi və institusional mexanizmlərin fəaliyyəti bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir.
Elxan Xudaşlı,
Cəlilabad RİH-nin əməkdaşı




























