2026-cı ildə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlər sertifikasiya prosesinə cəlb olunacaqlar.
Mecra.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
Bildirilib ki, bu il bağça müəllimləri üçün sertifikasiya imtahanı oktyabr ayında keçiriləcək (AzEdu.az).





























